Endovia®
Endovia / FAQ

FAQ

Tez-tez verilən suallar

Xidmətlər, paketlər və iş prosesi haqqında ən çox soruşulanlar. Cavabını tapmadığınız sual varsa, bizə yazın.

Xidmətlər

Endovia hansı xidmətləri göstərir?

Sosial media marketinqi (SMM), brendinq, rəqəmsal marketinq (Instagram, Facebook və Google reklamları), CRM və veb sayt hazırlanması. Bundan əlavə SEO, Google Ads, satış mütəxəssisi dəstəyi və sosial media kommunikasiyası xidmətlərini də ayrıca və ya paketə əlavə kimi təqdim edirik. Ətraflı: Xidmətlər.

SMM xidmətinə nələr daxildir?

Kontent strategiyası və aylıq plan, post və story dizaynı, video çəkiliş, reklam idarəetməsi və hesabatlılıq. Bütün paketlərə bazar araşdırması, aylıq reklam idarəetməsi, A/B testlər və KPI hesabatı daxildir. Paketlərə Sosial Media səhifəsində baxa bilərsiniz.

Video çəkilişi də edirsiniz?

Bəli. Ssenari yazılmasından çəkilişə və montaja qədər bütün mərhələni komandamız özü həyata keçirir: sima videoları, reels, podcast və məhsul videoları.

SEO və Google reklamı xidmətiniz var?

Bəli. SEO xidmətinə audit, açar söz araşdırması, səhifədaxili və texniki optimallaşdırma, Search Console monitorinqi və aylıq hesabat daxildir. Google Ads üzrə axtarış, display, Performance Max və YouTube kampaniyaları qururuq. Mövzu ilə bağlı: SEO nədir?

Veb sayt hazırlayırsınız?

Bəli. Biznesinizə uyğun, telefonda rahat açılan və axtarış sistemləri üçün düzgün qurulmuş saytlar hazırlayırıq. Ətraflı: Veb sayt.

Paketlər və qiymətlər

SMM paketlərinin qiyməti nə qədərdir?

Aylıq sosial media paketləri: Ekonom - 1200 AZN, Standart - 1800 AZN, Premium - 2500 AZN. Hər paketin tərkibinə Sosial Media səhifəsində baxa bilərsiniz. Ehtiyacınıza görə fərdi paket də qurmaq olar.

Qiymətlər necə müəyyən olunur?

Sosial media üçün hazır paketlərimiz var. Əlavə xidmətlərin qiyməti işin həcminə görə fərdi müəyyən olunur. Sorğu göndərdikdən sonra sizə konkret qiymət təklifi təqdim edirik.

Özümə uyğun fərdi paket qura bilərəm?

Bəli. Sosial Media səhifəsində lazım olan xidmətləri seçib sayını təyin edə bilərsiniz. Sorğunuzu göndərdikdən sonra sizə fərdi təkliflə qayıdırıq.

Uzunmüddətli əməkdaşlıqda endirim varmı?

Bəli, 3 aylıq seçimdə endirim tətbiq olunur.

İş prosesi

Əməkdaşlıq necə başlayır?

Əvvəlcə biznesiniz, hədəfləriniz və auditoriyanız haqqında danışırıq. Bazar və rəqib analizindən sonra sizə uyğun strategiya və aylıq kontent planı hazırlayırıq.

Paylaşımlar mənim təsdiqim olmadan yayımlanır?

Xeyr. Mətnlər, dizaynlar və video ssenarilər əvvəlcə sizin təsdiqinizə təqdim olunur. Yalnız təsdiqlənmiş kontent paylaşılır.

Nəticələr barədə hesabat verirsiniz?

Bəli. Reklam kampaniyaları həftəlik izlənir, ay sonunda isə əsas göstəricilər (CTR, CPC, ROAS, auditoriya artımı) üzrə hesabat və növbəti ay üçün təkliflər təqdim olunur.

Reklamdan nəticə nə vaxt görünür?

İlk müraciətlər çox vaxt kampaniya başlayandan bir neçə gün sonra gəlir. Sabit nəticə üçün adətən 2-4 həftəlik test və optimallaşdırma dövrü lazımdır. Hansı platformanın sizə uyğun olduğunu bu yazıda izah etmişik.

Əlaqə

Ofisiniz haradadır?

Təbriz küçəsi 7A, Nərimanov rayonu, Bakı. İş saatları: həftə içi, 11:00-19:00.

Sizinlə necə əlaqə saxlaya bilərəm?

Telefon: +994 10 110 07 33, e-poçt: info@endovia.az. Instagram və digər sosial şəbəkələrdə də yaza bilərsiniz. Bütün əlaqə məlumatları Əlaqə səhifəsindədir.

Telefon+994 10 110 07 33+994 10 111 07 33
E-poçtinfo@endovia.azƏməkdaşlıq və sorğularhr@endovia.azKaryera və iş müraciətləri
Sosial şəbəkələrInstagramFacebookLinkedIn
Ünvan və iş saatlarıTəbriz küçəsi 7A, Nərimanov rayonu, BakıHəftə içi, 11:00-19:00